ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ QEYD EDİLDİ

10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Elə bu münasibətlə Quba rayonunda Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda ucaldılmış abidəsi ziyarət edildi, xatirəsi ehtiramla anıldı. Səhər saatlarından başlayaraq, Quba rayon İcra hakimiyyəti aparatı rəsmiləri, hüquq mühafisə orqanı əməkdaşları, rayonda fəailiyyət göstərən idarə və təşkilatların, eləcə də rayon ictimaiyəti nümayəndələri adı müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi ilə bağlı olan ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi şəxsiyyət, ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətin abidəsi önünə gül dəstərləri düzərək, xatirəsini ehtiramla yad etdilər. 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü Xaçmaz rayonunda da qeyd edildi. Rayon icra hakimiyyətinin və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri qoyaraq ruhuna ehtiram nümayiş etdirdilər. Ulu öndərin abidəsi ziyarət olunduqdan sonra Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində konfrans keçirildi. Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin, YAP Xaçmaz rayon təşkilatının rəhbərliyi, hüquq mühafizə orqanlarının, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər. Konfransda Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın zamanın çətin sınaqlarından şərəflə çıxmasından söhbət açılıb, müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev siyasətinin mühüm yer tutduğu vurğulanıb.