UKRAYNADAN RUSLARA QARŞI ƏKS-HÜCUM

Britaniyalı hərbi analitik, istefada olan marşal Şon Bellin fikrincə, Ukrayna ordusunun

Rusiyaya gözlənilən əks-hücumun başlandığı açıq formada elan edilməyəcək. Marşal Ukraynanın ilk addım kimi Rusiyanın maddi-texniki bazasına zərbələr endirəcəyini deyib. “Bir çoxlarının tənqid etdiyi Rusiyaya əks-hücum yüksək səslə “Biz gəlirik” elanı ilə başlamayacaq”, - deyə Bell bildirib. Əks-hücumun istiqamətlərinə gəlincə, britaniyalı marşal bunun Azov dənizi sahili boyunca, Krımdan Rusiyaya qədər ola biləcəyini söyləyib: - “Hücumun harada keçiriləcəyinə gəlincə, üç əsas zona var. Donbas bölgəsi, burada şiddətli döyüşlər gedir, əslində bu əraziləri geri qaytarmaq çox çətindir. Krım. - Burada problem ondan ibarətdir ki, Rusiya Krımda xeyli güclənib. Ukraynanın irəliləyiş əldə etməsi çox çətin olacaq. Uğur qazanacağı təqdirdə, Ukrayna hücum zamanı əsas diqqəti körpüyə yönəldəcək”.Ekspert xatırladır ki, Böyük Britaniyada təlim keçən 14 min hərbçi Ukraynaya qayıdıb. Ukrayna artıq vəd olunan texnikanın 98 faizini alıb.“Demək olar ki, Ukraynanın bu hücuma hazırlıqları başa çatıb”, - deyə marşal əlavə edib. Analitikin fikrincə, Rusiya Ukrayna müdafiə qüvvələrinin nə edə biləcəyindən çox narahatdır.

{youtube}qzvWodUGJpw{/youtube}