UKRAYNADA TURİSTİK MARŞRUTLAR AZƏRBAYCAN DİLİNDƏ DƏRC OLUNACAQ

"Ukraynada turistik marşurutlar Azərbaycan dilində çap olunaraq muzeylərdə yerləşdiriləcək".Bunu Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bildirib. O qeyd edib ki, Ukraynanın Birinci xanımının təşəbbüsü ilə həyata keçirilən işlər nəticəsində artıq Azərbaycanda bu gün Ukrayna dilində turistik qidlər dərc olunur: “Eyni zamanda, biz də maraqlıyıq ki, Ukraynada analoji bülletenlər Azərbaycan dilində buraxılsın və bu, artıq nəzərdə tutulur”.