UKRAYNA SƏMASINDA TÜRK PUA – LARI UÇACAQ

Türkiyənin Pilotsuz Uçuş Aparatları və Aviaelektronika istehsal edən "Baykar" şirkəti Ukraynaya 3 ədəd “Bayraktar TB - 2” verəcək. Belə ki, bir müddət əvvəl Ukraynada vətənini müdafiə etmək məqsədi ilə insanların “Bayraktar TB - 2” almaq üçün topladıqları ianə qəbul edilməyərək, şirkət tərəfindən PUA – lar Ukrayna xalqına hədiyyə edilib. "Baykar" şirkəti açıqlamasında bildirib ki, vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu bizi heyran etdi. Baykar olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd “Bayraktar TB - 2” PUA – ını heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanılan bütün ianələri Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik. Baykar olaraq ədalətli həll arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik – deyə bilgidə qeyd olunub.