Tərtərdə kinoa bitkisinin sınaq əkini aparılıb

Kinoa Cənubi Amerika mənşəli bitkidir . Yüksək kalori və vitaminlərlə zəngin olan bu bitkidən artıq bir neçə ölkələrdə istifadə olunur. İnsan qidası üçün nəzərdə tutulan Kinoa bitkisi Peru ilə yanaşı Türkiyədə də yetişdirilir. Bu ildən başlayaraq Tərtər Bölgə Təcrübə Stansiyasında da kinoanın təcrübə əkini reallaşdırılıb. Məqsəd bu bitkinin hansı iqlim şəraitində daha effektli olmasını öyrənməkdir. 100 qram kinoa bitkisinin tərkibində 372 qram kalori mövcuddur. Bundan əlavə bitkinin tərkibi protein, yağ, karbohidrat və liflərlə zəngindir. Eyni zamanda tərkibində A,B,C,D və K kimi vitaminlər mövcuddur. Səpin zamanı toxumun keyfiyyətindən asılı olaraq hər hektar üçün 6-8 kiloqram toxumdan istifadə edilir. Bitkinin vegetasiya müddəti 120 gündür.