TƏHSİL NAZİRLİYİ RƏSMİSİ MƏKTƏBLƏRDƏ QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI AÇIQLAMA VERDİ

2020-2021-ci tədris ilinin sonunda II-XI siniflərdə məktəbdaxili qiymətləndirmə əyani formada keçiriləcək. Bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov jurnalistlərə açıqlamasında deyib.