TÜRKSOY-UN YENİ BAŞ KATİBİ KOLLEKTİVƏ TƏQDİM OLUNUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 962
			
	
        
		
			
		
		
	
	
		Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub. Bu münasibətlə TÜRKSOY-un Mərkəzi  Qərargahında rəsmi mərasim keçirilib.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da mərasimdə iştirak edib. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				