TÜRKİYƏDƏN GÜC NÜMAYİŞİ. DÜNYADA BİR İLKİ BACARDI

Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib. Bu barədəTürkiyə

Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında yazıb.“Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu.Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik!”, - deyə İsmayıl Dəmir qeyd edib. İsmayıl Dəmir eyni zamanda onu da bildirib ki, Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib. “Akıncı” PUA-sından atılan “Çakır” raketinin bütün kritik komponentləri, o cümlədən mühərriki yerli istehsaldır və o, hədəfi dəqiq zərbə ilə vurub.