TÜRKİYƏDƏ GƏMİ ƏLEYHİNƏ RAKETİN SINAQLARI KEÇİRİLİB

Türkiyənin gəmi əleyhinə "Atmaca" raketi ordunun silahlanmasına daxil olmasından əvvəl son sınaq zamanı gəmi şəklində hədəfini uğurla vurub.bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb. Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib: "Gəmi əleyhinə "Atmaca" raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bugünkü son sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram".