TÜRKİYƏ İRAQA NOTA VERİB

Türkiyə höküməti İraqa nota verib. Bu barədə Türkiyə XİN rəsmi bəyanat yayıb. Bildirilib ki, Türkiyə silahlı qüvvələrinin aprelin 18-də İraqın Şimalındakı terrorçu qruplaşmalara qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatı ilə əlaqədar İraq dövlət rəsmilərinin açıqlamaları və bu istiqamətdə irəli sürülən əsassız iddialarla bağlı narahatlığının səbəbindən İraqın Ankaradakı səfirliyinin müşavirinə nota təqdim olunub.