TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA VİZASIZ SƏYAHƏT MÜDDƏTİ ARTIRILDI

Türkiyəyə səyahət etməyə gedənlərə şad xəbərimiz var .Belə ki, yeni imzalanan sazişə əsasən vətəndaşlar qardaş ölkədə turist kimi vizasız 90 günə qədər səyahət edə biləcəklər.

Qardaş ölkə ilə Azərbaycan arasında vizasız səyahət müddəti artırıldı.Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açıqlayıb. “İki ölkə vətəndaşları indiyə qədər qarşılıqlı olaraq 30 günə qədər turist kimi vizasız səyahət edə bilirdilər. Yeni sazişlə bu müddət 90 günə qədər artırılıb. Bunun nəticəsi olaraq gediş-gəlişlər asanlaşacaq, məhdudiyyətlər aradan qaldırılacaq. Çünki məhdudiyyətlər həm Azərbaycan, həm də Türkiyə vətəndaşların şikayətlərinə səbəb olurdu”, – deyə səfir bildirib Xatırladaq ki, vizasız gediş-gəlişi haqqında Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə fevralın 25-də keçirilən “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası”nın iclasında imzalanıb.