TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA TURİZM SAHƏSİNDƏ DƏ ƏMƏKDAŞLIQ İNKİŞAF ETDİRİLİR

Prezident İlham Əliyev sammitdə məsələylə bağlı fikirlər səsləndirdi. Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü ərəfəsində tərəflər arasında turizm sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunuldu.

Məsələylə bağlı ölkə başçısı İlham Əliyev öz çıxışında bu haqda fikirlər səsləndirdi. Mədəniyyət, elm, təhsil, turizm kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə təkan verəcəyi vurğulandı . Türkdilli dövlətlər arasıda turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşiliqli turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turist axınının təmin edilməsi məqsədi ilə turizm potensialının inkişafı sahəsində tədbirlərin görülməsi nəzərdə tutulur. Artıq ölkələr arasında turizm mövzusu sadəcə iqtisadi məsələ kimi qiymətləndirilmir, toplantının türk dünyasında yaşayan insanların, coğrafiyanın inkişafı, mədəni təsir baxımından strateji bir fürsət olduğuda diqqətə çatdırılıb.