TÜRK - OĞUZ KURQANLARI

Kurqan “qurmaq”, “tikmək” anlamları ilə bağlı olan qədim türk sözüdür. Bu kəlməni bəzən qorunmaq yəni qala , bəzən də gorxana yəni qəbir kəlmələri ilə bağlayırlar. Kurqanlar türk xalqının dəfn mədəniyyətində xüsusi yer tutur. Ucsuz-bucaqsız çöllərdə salınan kurqanların əksəriyyətinin hələ də si rri açılmayıb. Qədim türk yurdu kimi Azərbaycanda da saysız kurqan mövcuddur.