TURİZMLƏ BAĞLI TƏLİMLƏR KEÇİRİLİB

Ötən gün Azərbaycan Turizm Agetliyinin təşkilatçılığı ilə  Qafqaz TV-də Turizm resursları və məhsulları mövzusunda təlim keçirilib. Təlimlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı Azərbaycan

Turizm Bürosunun da nümayəndələri iştirak edib. Təlimlərdə turizm resursları və məhsullarının təyin edilməsi haqqında  məlumata verən Don Teylor və Şərifə Həsənova mövzu ətrafında ətraflı danışaraq, Respublikamızı həm xarici, həm də yerli turistlər üçün maraqlı edən amillərdən danışblar. Təlimlərin sonunda movzu ilə bağlı  “Qafqaz” televiziyasınını yaradıcı birliyinin sualları cavablandırılıb. Fikir mübadiləsi zamanı “Qafqaz” televiziyasının və “Çölçü Klubu”nun rəhbəri olan Eltən Qədimbəyli Azərbaycanda turizmin inkişafına  kömək edəcək, ölkəyə daha çox turist axınına səbəb ola biləcək yeni ideyalar səsləndirib, “Çölçü Klubu”nun gələcək planlarından danışılıb. Səsləndirilən fikirlərin maraqlı olduğunu bildirən Turizm Bürosu nümayəndəsi təlimlərin sonunda səsləndirilən fikirləlrlə bağlı əməkdaşlığın mümkün ola biləcəyini vurğuladı. Azərbaycan Turizm Bürosunun nümayəndəsi Şərifə Həsənovanın sözlərinə görə Turizm Agentliyi mütəmadi olaraq Qafqaz TV yaradıcı biriliyi ilə əməkdaşlıq edərək, televiziya əməkdaşlarının turizm sahəsində daha peşəkar olmaları üçün təlimləri davam etdirəcəklər.