TOĞANALI-KƏLBƏCƏR-İSTİSU AVTOMOBİL YOLUNUN TİKİNTİSİ DAVAM ETDİRİLİR

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda təmir-tikinti işləri layihəyə uyğun olaraq davam etdirilir. Hazırda yolun müəyyən hissələrində torpaq yatağı, suötürücü borular tikilir. 26-cı km-lik hissədəisə yeni su kanalı inşa edilir.