TORPAQ QORUNARSA ŞƏRAFƏTLƏNƏR,ƏKİLƏRSƏ BƏRƏKƏTLƏNƏR

Qubada qarpız əkiminə maraq son dövrlər daha da artıb. Fermerlər deyir suvarma suyu sarıdan çətinliklər olmasa da bol məhsul əldə etmək olar. İsnovqışlaq kəndinin sakini Mühiddin Qənbərov da alın tərinin bol ruzi bərəkətindən sevincli olan fermerlərimizdəndir.