"TOKİO-2020" : PƏRVİN MƏMMƏDOV BÜRÜNC MEDAL QAZANIB

Paralimpiadanın ikinci günündə yəni, avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov mübarizəyə qatılıb. Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub. Bununlada Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.