TİKİBLƏR İZİ QALA

Bu qala bizim qala Həmişə bizim qala Tikmədim özüm qalam Tikdim ki, izim qala.Əsrlərin sınağından keçərək izləri çağdaş günümüzə qədər gəlib çatan, başı buludlara çatan bu qalanın hər daşı bizə qəhrəmanlıqlarla dolu bir tarix danışır. Dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən bu qala yurdu yadellei işğalçılardan qorumaq üçün tikilən bir istehkamdı. Deyilənlərə görə düşmən hücumları zamanı bu qalada tonqallar qalanar, həyəcan xəbəri digər qalalara göndərilərmiş. Elə ondandır ki, el arasında bu qalanın olduğu qaya “Çıraqqaya” adlanıb. Qayanın adından da bu qalanın adı Çıraqqala olaraq qalıb. Çıraqqala Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. İstehkam məqsədilə tikilən bu qala Gilgilçay səddinin baş qarovulxanası olub. Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Tarixinə gəlincə, tarixçilər belə güman edirlər ki, qala böyük ehtimalla, eradan əvvəl IX-VIII əsrlərdə Manna dövründə tikilib. Bu barədə Aşşur