TEXNİKİ TƏMAYÜLLÜ LİSEYƏ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ ADI VERİLDİ

Qubada daha bir məktəb indi Vətən Müharibəsi Qəhrəmanının adını daşıyacaq. Beləki Quba şəhər Texniki Təmayüllü liseyə Vətən Müharibəsi qəhrəmanı Şəhid Mehrab Niftəliyevin adı verilib. Liseyin adının açılış mərasimi ilə bağlı liseydə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid valideynləri və rayon təhsil şöbəsinin nümayəndələri, liseyin pedaqoji kollektevi və məktəblilər iştirak etdi.