TELLİ PƏNAHQIZI YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, QSC-nin sədri Rövşən Məmmədov Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr imzalayıb. Bu təyinata kimi o, QSC-nin baş proqram direktorunun müavini vəzifəsində işləyirdi.