TDT – NİN LAÇINLA BAĞLI BƏYANATI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 806
			
	
        
		
			
		
		
	
	
		Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Ordusunun Laçın şəhərinə  yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin imzası ilə yayılan bəyanatda deyilir: “TDT Katibliyi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın icra prosesinin davamı kimi Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məmnuniyyətlə qarşılayıb. Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra apardığı bərpa-yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu bildirir. TDT Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də məcburi köçkünlərin azad edilmiş torpaqlarına qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinə diqqət çəkərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.
    
        
                    
            
	
	
				
				
		
	
	
				