TARİXİN BU GÜNÜ (30 Mart)

Bu gün tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, həkim-ginekoloq Adilə Şahtaxtinskayanın anım günüdür.

Adilə Şahtaxtinskaya — həkim ginekoloq Adilə İsasultan qızı Şahtaxtinskaya 17 aprel 1894-cü ildə Tiflis şəhərində anadan olub. Tibb elmləri doktoru (1930). Azərbaycanda tibb sahəsində ilk qadın professor və kafedra müdirlərindən biri olub.1933-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin mama- ginekologiya kafedrasının müdiri işləyib. Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etdib.Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib Тürk dünyasının məşhur sərkərdələrindən biri Sultan Mehmet Fateh 1432-ci ilin bu günü dünyaya gəlib. İlk dəfə 13 yaşında hakimiyyətə gətirilib, lakin bir müddət sonra devrilib. İkinci dəfə taxta çıxan Mehmet dövləti öz ağlı və iradəsə ilə idarə etməyə başlayıb. Hakimiyyətdə olduğu illərdə 2 imperatorluq, 4 krallıq, 6 prinslik, 4 əyalət, o cümlədən bütün Balkan yarımadasını tutaraq Osmanlı imperatorluğuna daxil edib. Qara dənizi türk dənizinə çevirib. “Fateh” ləqəbi ona Konstantinopolu - indiki İstanbulu ala bildiyinə görə verilib. Sultan Mehmet Fateh 49 yaşında (1481) dünyasını dəyişib. (1432-1481) Tanınmış aktrisa Şəfiqə Məmmədovanın ad günüdür. Ş.Məmmədova 30 mart 1945-ci ildə qədim Azərbaycan şəhəri Dərbənddə doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə respublika Dövlət mükafatına (1980) və Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki Müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa “Hamlet”, “Canlı meyid”, “Xəyyam”, “Dəli yığıncağı” və digər tamaşalarda parlaq obrazlar yaradıb.