TARİXİ FOTO VƏ SƏNƏDLƏRİN ONLAYN KATALOQU HAZIRLANIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1590
			
	
        
		
			
		
		
	
	
		Azərbaycanda tarixi foto və sənədlərin onlayn kataloqu hazırlanır. AzKataloq layihəsinin yaradılmasında əsas  məqsəd üzrəində tarixi faktları əks etdirən şəkilləri, sənədləri axtarışında olanlarına daha keyfiyyətli, öz rənglərində olduğu kimi çatdırmaqdır. Bu bir növ sənət əsərlərini, qədim abidələrin restavrasiya işinə bənzəməyinə və çox zaman aparmasına baxmayaraq kataloqdan istifadə tamamən ödənişsizdir. Axtarılan hər hansı tarixi şəkli və ya sənədi https://azkataloq.org - saytına daxil olaraq əldə etmək mümkündür. Layihənin rəhbəri qrafik dizayner Rəsul Həsən bildirir ki, layihə çərçivəsində görüləcək  ən önəmli iş Azərbaycanın  foto və sənəd xronikasını yaratmaq, müxtəlif muzey, qalereya, şəxsi arxiv və kolleksiyalarda olan məlumatları vahid platformaya toplamaq, Azərbaycan tarixini şəkillərlə tanıtmaqdır.Qeyd edək ki, AzKataloq layihəsi  axtarış üçün geniş imkanlar açır. Layihə rəhbəri bildirir ki, onların bu işinə könüllü qoşulmaq istəyən olsa bu işi sürətləndirib, daha çox bilgi toplamaq olar.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				