TARİXDƏ BU GÜN (4 May)

4 May Beynəlxalq Yanğınsöndürənlər Günüdür. Günün hər bir saatında təhlükə ilə üzbəüz qalıb özlərini oda atan kəslərin günüdür.

Beynəlxalq Yanğınsöndürənlər Günü 1998-ci ilin dekabr ayında Avstraliyada bir meşə yanğının söndürülməsi zamanı baş verən faciəli hadisədən sonra qeyd olunmağa başlayıb . hadisə nəticəsində vəzifə borcunu yerinə yetirərkən beş yanğınsöndürən həyatını itirib.Bu hadisə yanğınsöndürənlərin ölümü ilə bağlı ilk hadisə deyildi, ancaq özlərini oda atan yanğın söndürənlərin qəhrəmanlığı, habelə vəzifə borcunu yerinə yetirərkən həlak olanların xatirəsinə ehtiramı Beynəlxalq Yanğınsöndürənlər Günü təsis etməyə zəmin yaratdı. 4 may İngilis aktrisası Odri Hepbernin doğum günüdür. 1929-cu ilin bu günündə Brüsseldə anadan olan aktrisa 1948-ci ildə Londona köçüb. Öncə Avropa filmlərində çəkilib. Yaxşı oyunu ilə Hollivudun diqqətini cəlb edib. Aktrisa "Roma tətilləri" "Hərb və sülh" "Tiffani ilə səhər yeməyi", "Milyonu necə oğurlamalı" filmlərdə yaddaqalan obrazlar yaradıb.Odri Hepbern 1954-cü ildə "Roma tətilləri" filmindəki şahzadə Anna roluna görə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatını alır və daha 4 dəfə bu mükafatın nominantı olur.Hepbern dövrünün ən çox qazanan kinoaktrisalarından olub və Qreqori Pek, Reks Harrison, Keri Qrant, Henri Fonda, Qeri Kuper, Uilyam Holden, Fred Aster, Piter O’Tul və Albert Finni kimi məşhurlarla tərəf müqabili olub.Odri Hepbern Amerika kinosunun möhtəşəm aktrisaları sırasında üçüncü yerdədir. O,1993 cü ildə xərçəng xəstəliyindən vəfat edib. Vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna daxil etsinlər.. Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladovun anım günüdür.Aktyor 1948-ci il may ayının 24-də Bakıda doğulub. O, sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı olan F.Poladov təkcə Akademik Milli Dram Teatrının səhnəsində onlarla obraz canlandırıbF.Poladov 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Burada o, "Tamaşaçılara baxmaq qadağandır" ,"Tənha kişi üçün tələ" ,"Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" və digər tamaşalarda bir birindən gözəl rolları ilə yaddaşlarda qalıb. Fuad Poladov bir çox mükafatlara layiq görülüb.O, 2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 2018-ci ilin bu günü vəfat edib