TARİXDƏ BU GÜN (28 mart)

1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi.

Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Xatırladaq ki, Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılmışdır. 28 mart 1868-ci ildə dünya ədəbiyyatında öz yazı üslubu ilə fərqlənən rusiyalı yazçı Maksim Qorki anadan olub. Rusiyanın Nijni Novqorod şəhərində dünyaya gələn Aleksey Maksimoviç Peşkovun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Maksim Qorkinin “Ana”, “Uşaqlıq” adlı əsərli oxuyucuların hər zaman sevdiyi əsərlər arasında olub. Earth Hour – yəni Dünya Saatı günü Ümumdünya Təbiət Fondu tərəfindən təşkil edilən dünya miqyaslı bir hərəkətdir. Tədbir hər il fərdi şəxsləri, icmaları və müəssisələri səhər saat 8: 30-dan 9: 30-a qədər bir saat ərzində qeyri-vacib elektrik işıqlarını söndürməyə təşviq edir. planetə bağlılığın simvolu olaraq mart ayının sonuna doğru müəyyən bir gündə keçirilir. Bu ildə həmin gün 28 marta təsadüf edib. Dünya Saatı günü 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqlandırma tədbiri olaraq başlamışdır. O vaxtdan bəri, enerji istehlakı və ətraf mühitə təsiri mövzusunda məlumatlılığı artırmaq üçün 187 ölkə və ərazilərdəki 7000-dən çox şəhər və qəsəbəni cəlb etməyə başladı.