Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib.
1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.Ölkəmiz isə bu günü 1997-ci ildən qeyd edir.Xatırladaq ki, Ölkə başçısı İlham Əliyevin Sərəncamına əsasən Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.23 Apreldə qeyd olunanlar sırasında Qardaş ölkə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı günü də var .Bayramın qeyd olunmasında əsas məqsəd uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələri yaradaraq, onların sülh içində yaşaya biləcəkləri bir dünyanın qurulmasına dəstək verməkdir. Milli Suverenlik və Uşaq Bayramı günü Türkiyədə 1929-cu ildən qeyd olunmağa başlayıb.Hazırda bu bayram dünyanın 40 ölkəsində qeyd edilir.Bu gün dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, şair və aktyor Uilyam Şekspirin doğum günüdür. Şekspir 26 aprel 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olub. O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır.“Hamlet”, “Otello”, “Romeo və Cülyetta”, “Maqbet”, “Kral Lir” kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır.Şekspirin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, dram əsərləri dünyanın əksər teatrlarında tamaşaya qoyulub. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.Şekspir 1616-cü ildə vəfat edib.Bu gün həmçinin Ümumdünya İngilis Dili Günüdür.Ümumdünya İngilis Dili Günü ilk dəfə 2010-cu ildə qeyd olunub.Bayramın məqsədi dünyada çoxdillilik ənənələrini möhkəmləndirməkdir. İngilis Dili Gününün qeyd edilməsi böyük ingilis şairi, yazıçısı, dünyanın ən məşhur dramaturqu Vilyam Şekspirin anadan olduğu günlə bağlıdır. ingilis dili “dünya dili” hesab olunur, bu dildə dünyanın onlarla ölkəsində bir milyarddan çox insan danışır.23 Aprel Azərbaycan kinosunda və səhnəsində özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin xatirə günüdür.Xudaverdiyev Kamal Ağahüseyn oğlu 1938-ci ildə Bakıda doğulub.Aktyor müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» «Ən vacib müsahibə» «Dağlarda döyüş» ,«Nəsimi» ,«Abşeron», «Üzü küləyə» ,«Adanı özünlə apara bilməzsən» ,«Otel otağı» ,«Dədə Qorqud» filmlərində xaraktercə fərqli obrazlara çəkilib.Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi.İstedadlı aktyor 2008-ci ildə ürək çatımazlığından vəfat edib.