21 Aprel dünya ədəbiyyatının nəhəng simalarından olan Mark Tvenin vəfat etdiyi günüdür. Yazıçının əsl adı Samuel Lanqorn Klemens olsa da, o, dünya ədəbiyyatında daha çox Mark Tven imzasıyla tanınıb.
Mark Tven 1835-ci ildə ABŞ-ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəlib. Mark Tvenin bütün dünyada uşaqların sevimli yazıçısına çevrilməsinə səbəb olan “Tom Soyerin macəraları”, “Heklberri Finnin macəraları” və “Şahzadə və dilənçi” romanları dünya ədəbiyyatında ən gözəl əsərlərdən hesab edilir. Mark Tven dünyada uşaq yazıçısı kimi məşhurlaşmaqla yanaşı yumorist, satirik, jurnalist və fədakar bir müəllim kimi də tanınıb. Mark Tven 1906-cı ildə yazmağa başladığı öz bioqrafiyasını tamamlaya bilmir. Buna səbəb onun 1910-cu il aprelin 21-də ürək çatışmazlığından vəfat etməsi olur.Bu gün İngilis yazıçısı Şarlotta Brontenin doğum günüdür. O 1816-cı ildə İngiltərədə anadan olub. Əsərlərinin ilk ikisini "Karrer Bell" təxəllüsü ilə yayımladan Şarlotta, XIX əsr, Viktoriya dövrünün ən bilinən qadın yazıçılarındandır. 1847-ci ildə nəşr edilən ilk əsəri olan "Ceyn Eyr romanı " yazıçıya böyük nəaliyyət qazandırmış və Londonda təşkil edilən müxtəlif ədəbi məclislərə dəvət almışdır.Bacılarının ölümü səbəbi ilə tək qalan Şarlotta, daha sonra atasının köməkçisi Artur Bell ilə ailə həyatı qurub, lakin evliliyindən bir il sonra, 1855-ci ildə, 38 yaşında, xəstəlikdən dolayı vəfat edib.21 aprel dünya yaradıcılıq və innovasiya günü kimi qeyd olunur . Bu gün insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib. «İnnovasiya» termini latın dilində «innovato» sözündən olub, «yenilənmə» və «yaxşılaşma» deməkdir. İnnovasiya — yüksək səmərələliyə malik yeniliyin tədbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi kimi dəyərləndirilir . İnnovasiya fəaliyyəti isə iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsidir.