TARİXDƏ BU GÜN

18 martda dünyada və ölkəmizdə hansı önəmli hadisələr baş verib? 

18 mart dünyada və ölkəmizdə olan ən yaddaqalan hadisələri təqdim edirik. Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 105 ili tamam olur. 1914-cü il noyabr ayının 3-də başlayan savaş, 1915-ci il 18 mart tarixinə Mustafa Kamal Atatürk və onun komandanlıq etdiyi ordunun zəfəri ilə nəticələndi. Bu savaşda Təbriz, Ərdəbil, Dərbənd, Bakı və Azərbaycanın bir sıra şəhər və kəndlərindən 3 mindən çox insan iştirak edib. 1949-cu ilin bu günü NATO quruldu. Nato 1949-cu ildə Vaşinqton müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır. Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır. NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı. Ortaya çıxan yeni çağırışlara qarşı yeni məqsədlər yaradan NATO Şərqə doğru genişlənir, üzvlərinin sayını artırır və digər qonşu bölgələrdə yerləşən dövlətlərlə də müxtəlif səviyyələrdə əməkdaşlıq proqramları həyata keçirir. 18 mart Azərbaycanın məhşur xanəndəsi Xan Şuşinskinin xatirə günüdür. 1901-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olan Xan müstəsna istedadı, geniş diapazonlu gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmışdı. O, Azərbaycan muğamlarını zənginləşdirərək yeni şöbələr artırıb. “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və başqa mahnıların müəllifi olan Xan Şuşinski həm də Azərbaycan Dövlət Filarmoniyasının solisti (1939) idi. Görkəmli xanəndə 1979-cu ilin bu günü 78 yaşında dünyasını dəyişib (1901-1979).