TALABIQIŞLAĞIN YOLU DÜZƏLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 829
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Vəlvələ kəndində yeni məktəb binasının tikiləcəyi əraziyə baxış  keçirmiş, aidiyyəti üzrə tapşırıqlar vermişdir. Sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Talabıqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir.  Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.  Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				