SƏRHƏD BURAXILIŞ MƏNTƏQƏLƏRİNİN SAYI MÜƏYYƏNLƏŞİB

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb . Qərara əsasən, Azərbaycanın digər dövlət sərhədindən buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədindən buraxılış məntəqələrinin də adları və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib. Qeyd edək ki, buraxılış məntəqələrindən ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir. Bunlar Qubadlı rayonunun Eyvazlı kəndində, Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi və Zəngilan rayonu Qazançı kəndindəki Qazançı dövlət sərhədindən buraxılış məntəqəsidir.