SƏFURƏ İBRAHIMOVANIN XATİRƏSİNƏ FOTOSƏRGİ AÇILIB

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı Səfurə İbrahimovanın xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib. Fotosərgidə görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur.