SƏDƏRƏK VƏ KƏLBƏCƏR YENİDƏN ATƏŞƏ TUTULDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 525
			
	
        
		
			
		
		
	
	
		Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən  yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Habelə Fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini də atıcı silahlardan atəşə tutub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				