SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNİN KOLLEKTİVİ ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA YAD ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bu il Azərbaycanda keçirilən Anım Günü tədbirlərinə Sədərək ticarət mərkəzinin kollektivi də qoşuldu. Tədbirə Sədərək ticarət mərkəzində çalşmış və 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış Musayev Elşən Hüseyn oğlu və Sarkayev Nəcməddin Əli oğlunun ailə üzvləri və yaxınları dəvət edilmişdi.