SƏDƏRƏK RAYONU İSTİQAMƏTİNDƏ YERLƏŞƏN DÖYÜŞ MÖVQELƏRİMİZ YENİDƏN ATƏŞƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1529
			
	
        
		
			
		
		
	
	
		Sədərək rayonu istiqamətində yerləşən döyüş mövqelərimiz yenidən atəşə tutulub. İyulun 19-u saat 23:40  radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.  Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf  susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				