SƏDƏRƏK FİRMASI AĞACƏKMƏ AKSİYASINA QOŞULDU

Sədərək Ticarət Mərkəzinn təşkilatçılığı ilə mərkəzin ərazisində yerləşən bir neçə hektar ərazini əhatə edən şəhidlər parkında, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirib. Tədbir iştirakçıları əvvəlcə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında əzəmətlə ucalan ulu öndərin heykəlini ziyarət edib, önünə gül dəstələri düzdülər. Sonra Sədərək Ticarət Mərkəzində yerləşən “Zəfər Muzeyi”ndə rəsmi tədbir keçirilib. Tədbiri giriş sözü ilə Sədərək Ticarət Mərkəzinin İcraçı Direktoru Vaqif Hüseynli açıb. Tədbirin davamındaYAP Qaradağ rayon təşkilatı Sədərək ticarət mərkəzi ilk partiya təşkilatının sədr müavini Sabir Ələkbərov, Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim, Qaradağ Rayon İcra Hakimiyyəti başçsının birinci müavini Emil Abbasov və YAP - nın Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış etdilər. Çıxış edənlər bildirdilər ki, Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Aksiyanın əsas məqsədi də ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.Qeyd edək ki, bu aksiyanı keçirməyin məqsədi məhz Ulu Öndərin ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir. Qeyd edək ki, Sədərək firmasıhər zaman Dövlətə və dövlətçiliyə xidməti, vətəndaşlıq borcubilib. Firma həm Sədərək Ticarət Mərkəzidövründə, həm də qəlbədən sonrakı dövrdə dövlətin yanında olduğunu yalnız sözlə deyil, əməl də sübut etdi.