SU EHTİYYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ GÜNÜN TƏLƏBİDİR

Azərbaycanın şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Bu kimi amilləri nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların tətbiqi günün tələbinə çevrilib.