SEYİD ŞUŞİNSKİNİN 130 İLLİK YUBİLEYİ QEYD EDİLİB

Horadiz şəhərində yerləşən Muğam Mərkəzindən keçirilən tədbirdə sənətkarın ömür yolundan və muğam sənətinin inkişafı naminə gördüyü işlərdən söz açılıb. Bildirilib ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli

sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Qeyd olunub ki, Ölkə başçısının müvafiq Sərəncamı ilə görkəmli muğam ifaçısı Seyid Şuşinskinin 130 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. Tədbirdə tanınmış sənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Yubiley çərçivəsində Muğam Mərkəzinin foyesində Seyid Şuşinskinin həyat və yaradıcılığına həsr olunmuş sərgi də nümayiş olunub. Şöhrət Eyvazov