SAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞƏXSLƏRİN NAXÇIVANA SƏFƏRİ TƏŞKİL OLUNUB

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə edir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də tədbirlər görülür.