SAN FRANSİSKO AVTOMOBİLDƏN İMTİNA EDİR

San-Fransisko səs-küydən uzaq olmaq üçün avtomobildən imtina edir. Beləki,ABŞ-ın San-Fransisko şəhərinin (Kaliforniya) hökuməti sakinləri məmnun etmək üçün bir neçə sıx nəqliyyat yolunu piyada yoluna çevirib.Məlumata görə, sakinlər təhlükəsizlik və sakitçilik naminə şəhərin nəqliyyatdan azad olunmasını istəyir.Qeyd edək ki, koronavirus pandemiyası başlanandan şəhərin Sakit okean çimərliyi ilə həmsərhəd olan əsas magistral yolu nəqliyyat üçün bağlanıb. Bu addım karantin müddətində insanların qaçmasına və velosiped sürməsinə şərait yaradılması üçün edilib.Ümumilikdə 72 kilometrdən çox küçə nəqliyyatdan azad edilib.Əhalinin əksər hissəsi pandemiyadan sonra da küçələrin nəqliyyatdan azad olmasının tərəfdarıdır.