RƏSSAMLARI ƏVƏZ EDƏN DRON İCAD EDİLDİ

Rusiyada dünyada insan iştirakı olmadan rəsm çəkə bilən ilk dronun divar rəsmi nümayiş olunub. İncəsənət obyekti texnologiyalara və onların təbiətlə qarşılıqlı əlaqəsinə həsr olunub.Bu

barədə bilgini iz.ru (İzvestiya) saytı verib. Bildirilib ki, dron rusiyalı rəssam Mixail Mostla mühəndis və proqramçılar qrupunun birgə layihəsidir. Qeyd edək ki, uçuş aparatının idarə edilməsinin qabaqcıl texnologiyası istifadə edilib."Bu dron dəqiq xətlər çəkə, rəsmlərin miqyasını və detallılığını dəyişdirə, yəni yaradıcı vahid ola bilər. Yeni layihə incəsənət və texnologiyaların parlaq əməkdaşlığıdır", - deyə tərtibatçılar bildiriblər.