RUSLAR İNDİ DƏ QAZAXISTAN SƏRHƏDDİNDƏ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 774
			
	
        
		
			
		
		
	
	
		Qazaxıstan-Rusiya sərhədində respublikaya daxil olan  xarici vətəndaşların sayı artıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti bilgi yayıb: “Bu gün Qazaxıstan-Rusiya sərhədində Qazaxıstan Respublikasına daxil olan xarici vətəndaşların sayında artım müşahidə olunur. Mövcud 30 avtomobil keçid məntəqəsi normal rejimdə işləyir. Dördündə sərnişin və nəqliyyat vasitələrinin axınının artması ilə əlaqədar sıxlıq yaranıb”. Qeyd edək ki, sentyabrın 21-dən Rusiya ərazisində qismən səfərbərlik elan ediləndən sonra xarici dövlətlərə üz tutan Rusiya vətəndaşlarının sayı artıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				