RUSİYANIN HƏRBİ – TEXNİKİ İTKİLƏRİ AÇIQLANIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 773
			
	
        
		
			
		
		
	
	
		Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20% - ni təşkil edir. Bu barədə "Forbs" jurnalı hesablama aparıb. Nəşrin məlumatına  görə hazırda Ukraynanın təqribən 125 min kvadrat km ərazisi Rusiyanın işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson və Zaporojye vilayətlərinin müəyyən hissələri və Krım yarımadasıdır. Fevralın 23 – dək zəbt edilən ərazilər ölkənin 7 % - ni təşkil edirdi. Nəşr eyni zamanda  Rusiyanın hərbi – texniki itkilərini də hesablayıb. 13 milyard dollar. Bunlardan 6 milyard təyyarə və helikopter, 4 milyard tank və zirehli döyüş maşını, 1 milyard gəmi və katerlər, 2 milyard dolları isə digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar 750 milyon dollar dəyərində “Moskva kreyseri” 86 milyon dollarlıq İL – 76 təyyarəsi və 75 milyon dollarlıq “Sorotov” desant gəmisi olub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				