RUSİYANIN DAHA BİR ŞƏHƏRİNDƏN BAKIYA UÇUŞLAR BAŞLAYACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1331
			
	
        
		
			
		
		
	
	
		İyulun 3-dən etibarən Rusiyanın “S7 Airlines” aviaşirkəti Vladikavkazdan Bakıya müntəzəm uçuşlara başlayacaq. Bu barədə Vladikavkaz Beynələxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.Məlumata əsasən, Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək.Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş “Boeing 737-800” təyyarələrilə həyata keçiriləcək. Aviaşirkət tərəfindən uçuşların oktyabr ayının sonuna qədər planlaşdırıldığı qeyd olunub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				