RUSİYALILAR ÖLKƏDƏN QAÇIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 765
			
	
        
		
			
		
		
	
	
		Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Moskvadan Bakıya,  İstanbula, İrəvana və giriş üçün viza tələb olunmayan digər qonşu ölkələrin şəhərlərinə ən yaxın birbaşa reyslərin aviabiletləri tükənib. Bu barədə ölkədəki aviaşirkətlərin və bilet aqreqatorlarının internet saytlarından məlum olur. Saytlardan belə aydın olur ki, vizasız ölkələrə növbəti birbaşa uçuşlar üçün biletləri cümə günündən tez almaq mümkün deyil.
Xidmətlərdən birinin məlumatına görə, hazırda Moskvadan Bakıya birbaşa uçuş üçün bileti ancaq sentyabrın 23-dən əldə etmək olar və onun qiyməti təxminən 2 092 Azərbaycan manatı   təşkil edir. Uçuş “Aeroflot” tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib, müvafiq fərman artıq imzalanıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				