RUSİYALI SƏNƏTKAR TÜRK MƏDƏNİYYƏTİNİN ÖLKƏSİNDƏ YAYIR

Türk-islam mədəniyyətinə heyran olan Rusiyalı rəsaam və keramika ustası Mariya Komısa indi Rusiyada Türk mədəniyyətinin tanıdır. O, indi Rusiyanın paytaxtı Moskvada Dövlət Şərq sənətkarlığı muzeyində açdığı “Gəzginin hərfi” sərgisində Türk mədəni irsini təbliğ edir. Qədim Osmanlı gələnəklərinə həyat verən Komısa uşaq yaşlarından Türk mədəniyyətinə heyran olduğunu bildirir. Və bu mədəniyyəti özünə daha yaxın hiss etdiyini vurğulayır. Və bu marağının ardıyca getməsinə təkanın isə Krımdakı Baxçasarayda ona Qurani Kərim kitabının hədiyyə olunması və müsəlmanlığı qəbul etməsi olduğunu bildirir(“Bu sərgidə istifadə edilən bütün materialları Türkiyədən gətirmişəm. Bu daşları belə. Hamısınmı Mersindən toplanmışam. Türkiyə ümumiyyətlə bənzərsiz ölkədir. İstanbul canlı və səmimi şəhərdir. Bu yerlərə gəlincəı fərqli atmosfer hiss edirsən. Bu baxımdan Türkiyə mənim üçün çox önəmlidir. Bursada olanda Şəmsi-mevlana Dərnəyi dərgahına getmək fürsətim də oldu. ”)Müsəlmanlığı qəbul etdikdən sonra həyat yoldaşı ilə Türkiyəyə köçdüklərinin bildirən Mariya burda qədim Bursa şəhərində uzun müddət yaşadıqlarını burda çox isti qarşılandığını deyir. Daha sonra Türkcə öyrənməyə başlayıb. Bursada yaşadıqları dönəmdə şəhərin memarlığına aşiq olduğunu vurğulayan Mariya Türkiyənin bir neçə mədəniyyəti özüdə birləşdirdiyininin diqqət çəkdiyini bildirir.İlahm qaynağını Matrakçı Nasuhun əsərlərindən aldığını deyən sənəkar öz əsərlərində onun onun mövzularını canlandırdığını vurğulıayır. Türkiyənin Mardin, Tarsus, Şanlıurfa, İznikdə qədim memarlığın qorunduğu da diqqətindən yayınmayıb.Öz minatürlərində isə Türk şəhərlərinin qədimliyini canlandırmağa çalışıb. Bunun üçün həmin şəhərlərin tarixi araşdırıb.