RUSIYA ORDUSUNA DƏHŞƏTLİ ZƏRBƏ VURULDU

Rusiya qüvvələri son sutka ərzində əsas səylərini Liman, Baxmut, Avdiv və Marin

şəhərlərini tutmağa yönəldib. Ukrayna Silahlı Qüvvələri gün ərzində bu istiqamətlərdə Rusiya ordusunun 40 hücumunun qarşısını alıb.  bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.Ən qızğın döyüşlər Baxmut və Marin uğrunda gedir.Ruslar Baxmut istiqamətində irəliləməyə davam edir, hazırda şəhər uğrunda şiddətli döyüşlər gedir. Rusiya qüvvələrinin Nyu-York qəsəbəsinə hücumu uğursuz alınıb.Rusiya ordusu Avdiv istiqamətində hücuma keçsə də, heç bir uğur qazana bilməyib. Bundan başqa, ruslar Marin istiqamətində taktiki mövqelərini gücləndirməyə çalışdılar. Son 24 saat ərzində Rusiya Ukraynaya 2 raket və 68 hava, həmçinin reaktiv yaylım atəşi sistemlərindən 67 zərbə endirib. Hücumlar nəticəsində mülki vətəndaşlardan ölən və yaralananlar olub. Yaşayış binaları və digər mülki infrastruktur dağıdılıb və zədələnib.Eyni zamanda, son sutka ərzində Ukrayna aviasiyası Rusiya ordusunun şəxsi heyətinin cəmləşdiyi ərazilərə 13, eləcə də zenit-raket komplekslərinə 4 zərbə endirib.Ukraynanın raket qoşunları və artilleriya bölmələri də rusların cəmləşdiyi əraziləri, elektron döyüş məntəqəsini, atəş mövqelərindəki 3 artilleriya bölməsini, 3 döyüş sursatı və yanacaq anbarına, həmçinin zenit raket kompleksini vuraraq sıradan çıxarıb.