RAMİZ QUSARÇAYLININ “VƏTƏN”POEMASI İŞIQ ÜZÜ GÖRÜB

44 günlük zəfər yürüşündən çox keçməmiş təpədən-dırnağa vətənpərvər olan görkəmli şair Ramiz Qusarçaylının möhtəşəm “Vətən” poeması çapdan çıxıb və ədəbi aləmdə hadisə kimi qarşılanıb. Şairin Vətən sevgisi ilə dolub-daşan “Vətən” poeması uzun illər ərzində aparılan uğurlu araşdırmaların bəhrəsi kimi xalqın milli kimliyini ehtiva edən amillərin elmi, fəlsəfi və bədii təsdiqinə xidmət edir. Ramiz Qusarçaylı Azərbaycan poezi¬yasına töhfə olan və yüksək vətənpərvərlik hissi ilə qələmə alınan, xalqın tarixi keçmi¬şinin çox maraqlı dövrlərini canlandıran bu kitabında bədii fikrin, çağdaş ədəbi prose¬sin cəmiyyətin həyatında rolunu göstərə bilib. Onun hər səhifəsi Vətən varlığının ifadəsidir.