QƏZƏBLİ KÜTLƏ ARAİKİN OFİSİNƏ HÜCUM EDİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1456
			
	
        
		
			
		
		
	
	
		Qarabağdakı keçmiş qondarma rejimin tör-töküntülərindən olan Araik Arutyunyana qarşı etiraz aksiyası keçirilib . Xankəndində baş tutan mitinqdə meydana toplanan etirazçılar Arutyunyanı "rəhbər"likdən öz xoşuna uzaqlaşmağa çağırıblar. Buna səbəb isə, Arayikin Ermənistandakı seçki günündə Nikol Paşinyanın qərargahında olması, onu dəstəkləyib, təbrik etməsi göstərilib. Qondarma rejimin keçmiş rəhbərini xain adlandıran nümayişçilər qarışıqlıq da yaradıblar. Qəzəbli kütlə Arutyunyanın oturduğu ofisə hücum edib. Ermənistan mediasının yaydığı məlumata görə, Arutyunyana sabah saat 19:00-a kimi vaxt verilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				