QƏDİM FOLKLOR NÜMUNƏSİ -YANILTMACLAR

Azərbaycan folkloru onun tarixi qədər qədimdir. İlk insanın ağlının, şüurunun, ruhunun təkamülü ilə birlikdə folklor da inkişaf edib, yayılıb və günümüzə qədər gəlib çatıb. Onu əhatə edən aləmə heyrətin ifadəsi olan “ah”lar, “oh”lar, “hey”lər ilk nitq elementləri, folklor nümunələridir. Bu səsləşmələr dağ-daşda, qayalarda əks-səda verdikcə, insanlar öz aralarında səs vasitəsi ilə əlaqə saxlamağa, nitq formalaşmağa başlayıb.