QUSARDA TİBBİ SPİRT İSTEHSAL EDİLİR

Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi spirt qıtlığı belə yaşanır.Bu tələbatı qarşılamaq məqsədilə İqtisadiyyat Nazirliyinin tövsiyyəsilə Qusarda yerləşən "Rus-Azeri Spirits" zavodunda tibbi spirt istehsalına başlanıb.

Ötən il dövlət dəstəyilə yaradılan bu müəssisə müasir tələblərə cavab verən, keyfiyyətli spirtli içkilər istehsalını təmin edən, avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olunub.Tibbi spirtin qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının qarşısının alınması məqsədi ilə hazırda müəssisədə tibbi spirt də istehsal edilir. Viruslardan qorunmaq üçün dezinfeksiyaedici vasitələrdən ən vacibi spirtdir.Mütəxəsisilər hesab edir ki, 70 faizlik konsentrasiyada olan spirt, demək olar ki, 95-96 faizlik spirtlə eyni şəkildə dezinfeksiya edir.70 faizlik spirt ucuz olduğuna görə, daha geniş istifadə olunur. Spirt dezinfeksiyaedici kimi hər hansı mikrob hüceyrəsinə daxil olur və zülallarla kimyəvi reaksiyaya girir. Nəticədə zülalların təbii quruluşunun pozulması prosesi baş verir və hüceyrələrin ölümünə səbəb olur. Hazırda müəssisədə istehsal olunan spirtin analizləri üçün laboratoriya müasir tipli Qaz Xromatoqrafla təmin olunub. Onuda əlavə edəkki , müəssisə gün ərzində 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir.Hazır məhsul isə tamamilə yerli xammala əsaslanır.